Another advertisement
İdman yarışlarında yüksək nəticələri olan, idman turnirinə görə Vahid Milli İmtahanlarda iştirak edə bilməyən idmançılara imtahan vermədən ali məktəbə daxil olmaq imkanı verilir. Deputatları sözü gedən dəyişikliklə Təhsil və Elm nazirinin müavini Nodar Papukaşvili tanış edib.
Məruzəçinin izahatına görə, yüksək nailiyyətlərin qazanıldığı idman yarışlarında iştirak edən, yarışda mübarizə apardığına görə, Vahid Milli İmtahanlarda iştirak edə bilməyən idmançıya imtahan vermədən ali məktəbə qəbul olmaq hüququ veriləcək.
Qanun yüksək nailiyyətlərin qazanıldığı idman yarışlarında iştirak etdiyinə görə 2023-cü ilin vahid milli imtahanlarında iştirak edə bilməmiş idmançılara da şamil ediləcək.