This is a specific ad

Parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin həcmi artıb

54

Another advertisement

2023-cü ildə 7 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda parkinqlərə görə yazılan cərimələrin məbləği 308% artıb.

QafqazTürk.com xəbər verir ki,Gürcüstanın vahid büdcəsinin (konsolidasiya edilmədən) daxilolmalarına əsasən, 2023-cü ilin yanvar-iyul aylarında paytaxtda parkinq qaydalarının pozulmasına görə yazılan  cərimələrdən büdcəyə 9,371 milyon lari daxil olub, 2022-ci ilin eyni dövründə isə  2,294 milyon lari təşkil edib.

Bundan başqa, ümumilikdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı büdcəyə daxil olan vəsaitlərin həcmi də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında sanksiyalar və cərimələrdən büdcəyə 120 871 milyon lari daxil olub, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 95 370 lari təşkil edib.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstandan Avropa İttifaqına aqro-ərzaq məhsullarının ixracı azalıb,idxalı isə artıb-ən çox alıb-satdığımız məhsullar
Öncəki yazı
Hakan Fidan Krım tatar liderləri ilə görüşdü