• 22 Fevral 2025 12:36

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Parisdə Avropa liderlərinin fövqəladə sammiti keçirilir

ByTürkan Şahverdova

Fev 17, 2025
Another advertisement

Parisdə Avropa liderlərinin fövqəladə sammiti keçirilir.

Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi edəcəyi sammitdə Avropa liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropanın təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.

İclasda Emmanuel Makrondan başqa aşağıdakı liderlər iştirak edir: Böyük Britaniyanın baş naziri Keir Starmer, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Gorgia Meloni, İspaniyanın baş naziri Pedro Sançes, Hollandiyanın baş naziri Dik Şoff, Danimarkanın baş naziri Mette Frederiksen, NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula Fon der Layen və Avropa Şurasının sədri Antonio Kosta.

Bundan əlavə, Fransa prezident administrasiyasının məlumatına görə, Emmanuel Makron sammit başlamazdan əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.