Yay Olimpiya Oyunları hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışıdır. Qədim Yunanıstanda yaranmışdır.
Fransada 33-cü Yay Olimpiya Oyunları iyulun 26-sından başlayıb və avqustun 11-dək davam edəcək.
Bu idman bayramı insanları, millətləri və dövlətləri bir-birinə tanıdır, yaxınlaşdırır.
QafqazTürk.com xəbər verir ki, Parisdə keçiriləcək 33-cü Yay Olimpiya Oyunlarında Gürcüstandan 28 idmançı 10 idman növü üzrə mübarizə aparacaq.
Gürcüstan tarixində ilk dəfə olaraq Olimpiya Oyunlarında qadın və kişilərdən ibarət qarışıq cüdo komandası mübarizə aparacaq.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, hər Olimpiya çempionu bir milyon lari, gümüş mükafatçı yarım milyon lari, bürünc mükafatçı isə 250 min lari alacaq.