This is a specific ad

Paris Şəhər Şurası Qarabağ ermənilərinə simvolik vətəndaşlıq verib

12

Another advertisement

Paris şəhər şurası yekdilliklə “Qarabağ ermənilərinə Paris şəhərinin fəxri vətəndaşlığının verilməsi haqqında” qərar qəbul edib.

Qafqaztürk xəbər verir ki, bu barədə Ermənistanın Fransadakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, bunun real vətəndaşlıqla əlaqəsi yoxdur, Paris Şəhər Şurası Qarabağ ermənilərinə simvolik olaraq Parisin fəxri vətəndaşlığının verildiyini açıqlayıb.

Bundan əvvəl Fransanın Ermənistandakı səfirliyi Fransanın Qarabağ ermənilərini qəbul etməyə hazır olması ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Marneulidə yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
თუ სალომე ზურაბიშვილი ლაზარე გრიგორიადისს შეიწყალებს, რევოლუციურ პროცესებში ღიად ჩაერთვება” – კობახიძე