Another advertisement
Paris 2024 Yay Olimpiadasında 40-dan çox idmançı COVID-19- a yoluxub.
QafqazTürk Media xəbər verir ki, bu barədə ÜST-nin nümayəndəsi Mariya Van Kerkhove Cenevrədə keçirilən brifinqdə qeyd edib.
“Mövsümdən asılı olmayaraq, son aylarda bir çox ölkələrdə, o cümlədən Olimpiya oyunlarında COVID-19-a yoluxma hallarında artım müşahidə olunub, burada ən azı 40 idmançıda testlər müsbət nəticə verib”, – deyə ÜST nümayəndəsi bildirib.