Paris 2024 Olimpiadasının xərcləri açıqlandı

90

Another advertisement

Parisdə keçirilən 2024  Olimpiya Oyunları Fransaya 11 milyard avroya başa gəlib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Fransanın Dövlət İdarəçilik və Siyasət Araşdırmaları İnstitutu (IFRAP) məlumat yayıb.

Qeyd edək ki, ilkin olaraq Olimpiya Oyunları üçün xərclərin 6,2 milyard avronu keçməyəcəyi güman edilirdi.

“Sena çayının təmizlənməsi, açılış mərasiminin təmin edilməsi xərcləri və bonuslar əlavə olunarsa, ümumilikdə 11 milyard avro olur”, – məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, iyulun 26-da başlayan Olimpiya Oyunları avqustun 11-dək davam edəcək. 

Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ vətəndaşlarını istənilən biletlə Livanı tərk etməyə çağırır
Öncəki yazı
Şovidə təbii fəlakət qurbanları üçün abidə tikiləcək