This is a specific ad

Paralimpiya çempionlarına verilən mükafatlara görə Gürcüstan ikinci yerdədir

306

Another advertisement

Paralimpiya çempionlarına verilən mükafatların sayına görə Gürcüstan dünyada ikinci yerdədir.

QafqazTürk Media xəbər verir ki, məlumata görə, Paralimpiya çempionlarına verilən pulun miqdarına görə Sinqapur Gürcüstanı qabaqlayır.

Məlumatda Sinqapurun Paralimpiya çempionlarına 380 min ABŞ dolları verəcəyi qeyd olunur. Gürcüstan hökumətinin qərarına əsasən, paralimpiya çempionları üçün bonus olaraq bir milyon lari təyin edilib.

Məqaləyə görə, pul mükafatına görə 273 min ABŞ dolları ilə İsrail üçüncü yerdədir. Sonrakı yerlərdə isə 230 min və 192 min ABŞ dolları ilə Malayziya və Honq Konq durur.

Qeyd edək ki, Avqustun 28-də Paris 2024 Paralimpiya Oyunlarının rəsmi açılışı olub. Turnirə sentyabrın 8-də yekun vurulacaq. Paralimpiya Oyunlarında 6 idman növü üzrə 14 gürcü idmançı mübarizə aparacaq.

Kateqoriya: İdman
Sonrakı yazı
Ev işlərində kömək etmədiyinə görə kişi həyat yoldaşına 215 min dollar ödəməli olub
Öncəki yazı
ABŞ Rusiyanın yeni nüvə silahlarının ehtimal olunan yerini aşkarlayıb