This is a specific ad

Paraatletçi Qiqa Oçxikidze həm qızıl medalın, həm də dünya rekordunun sahibi olub

306

Another advertisement

2024-cü ildə Parisdə keçirilən Paralimpiya Oyunlarında gürcü paraatletçi Qiqa Oçxikidze güllə atıcılığında (F53) qızıl medalın sahibi olub və dünya rekordu qırıb.

QafqazTürk Media xəbər verir ki, Oxhikidze 9,66 metr məsafəyə zərbə endirib və Gürcüstan Paralimpiya komandasına turnirdə ilk qızıl medalı qazandırıb.

Məlumat üçün bildirək ki, Gürcüstanın hazırda Parisdə keçirilən Paralimpiya Oyunlarında 2 medalı var. Ana Caparidze ölkə adından ilk bürünc medalı qazanıb.

Kateqoriya: İdman
Sonrakı yazı
Azərbaycanda Milli Məclisin növbədənkənar parlament seçkiləri keçirilir
Öncəki yazı
Ermənistan KTMT-də iştirakını dondurub