This is a specific ad

Papuaşvili: Avropalı nazirlərin etirazlara qoşulması Gürcüstanda çevrilişə yardımdır

56

Another advertisement

Parlamentin sədri Şalva Papuaşvili Latviya, Litva, Estoniya və İslandiya xarici işlər nazirlərinin ötən gün parlament binasının qarşısına gələrək etiraz aksiyasında iştirak etməsini ölkənin suverenliyinin kobud surətdə pozulması kimi qiymətləndirib.

QafqazTürk.com xəbər verir ki, spiker xarici işlər nazirlərini dövlət çevrilişinə yardım etməkdə ittiham edib.

“Xarici rəsmilərin bu etirazlara qoşulması demokratiya və insan haqları bəhanəsi ilə Gürcüstanın suverenliyinə və diplomatik təcrübəsinə kobud surətdə hörmətsizlikdir, bu ən yaxşı halda ikiüzlülük, ən pis halda isə təxribatdır”, – Papuaşvili deyib.

Parlament sədri Baltikyanı ölkələrin bəzi hökumət rəsmilərinin öz ritorikaları ilə çox irəli getdiklərini, dünyanı ağ-qara gördüklərini, onlar kimi düşünməyənləri düşmən hesab etdiklərini qeyd edib:

“(Onlara görə) düşmənlə mübarizədə bütün mümkün vasitələrdən istifadə etmək olar, diplomatiya propaqanda ilə əvəzlənir”.

Papuaşvili etirazçıların xarici işlər nazirlərinin çıxışlarında qeyd etdikləri kimi Gürcüstan xalqını təmsil etmədiyini, radikal müxalifət liderləri tərəfindən idarə edildiklərini deyib.

“Hökumət əleyhinə olan radikal müxalifət tərəfindən gənclərə edilən müraciəti və onları “bütün xalq” adlandırmağı siz sovet və ya Rusiya propaqandaçılarından eşidə bilərdiniz, Aİ üzvü ölkələrin xarici işlər nazirlərindən yox… Gürcüstanın dostlara və dəstəyə ehtiyacı var, ikiüzlülüyə və təxribata yox”, – Papuaşvili qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gedib
Öncəki yazı
ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI