Another advertisement
Yeni qaydalara əsasən, 27-45 yaş arası qadınlar papilloma virusuna qarşı pulsuz peyvənd oluna biləcəklər.
Bu barədə dəyişiklik hökumətin 30 dekabr 2022-ci il tarixli qərarında yer alıb.
Dəyişikliyə əsasən, dövlət proqramı çərçivəsində həkim tövsiyəsi ilə 15 yaşdan 45 yaşa qədər, sxem üzrə – 0 – 2 – 6 ay müddətində üçdəfəlik peyvənd etmək mümkündür.
Birinci və ikinci dozalar arasındakı minimum interval ən azı 1 ay, ikinci və üçüncü dozalar arasındakı minimum interval isə ən azı 3 ay olmalıdır.
Sənədə əsasən, 15 yaşa qədər olan uşaqlarda ən azı 6 ay fasilə ilə ikidəfəlik peyvənd etmək mümkün olacaq.