Katoliklərin ruhani lideri Papa Fransisk bir müddətdir davam edən xəstəlikdən sonra 88 yaşında vəfat edib.
BƏS NÖVBƏTİ PAPA KİM OLACAQ?
Papa Fransiskin ölümündən sonra yeni papanın seçilməsi ənənəvi seçim prosesi ilə davam edəcək.
Dünyanın müxtəlif ölkələrindən olan kardinallar səs vermək üçün Vatikanda toplaşacaqlar.
PAPA NECƏ SEÇİLİR?
Burada maraqlı məqam var.
600 ildir ki, yeni Papanın seçilməsi kardinalların səs vermək üçün toplaşdığı sarayın bacasından qalxan tüstü ilə elan edilir.
Bacadan qara tüstü çıxması Papanın seçilmədiyini, ağ tüstü isə onun seçildiyini bildirir.
Qeyd edək ki, bu seçim müddətində kardinallar saraydan çıxmırlar və sadəcə tüstü ilə prosesin nə yerdə olduğunu bildirirlər.
Yaşı 80-dən çox olan kardinallar səs vermirlər.
Qərar sonda Kardinallar tərəfindən verilir.
Məlumat üçün bildirək ki, seçilən şəxs “ağlama otağı” deyilən yerdə kardinal formasını soyunur və Papa formasını geyinir. Sonra isə balkona çıxır və oradan xalqa müraciət edir.