This is a specific ad

Pakistanlı qız Britaniyanın ən ağıllı yeniyetməsi oldu

53

Another advertisement

16 yaşlı pakistanlı Mahnur Çima Böyük Britaniyanın ən ağıllı yeniyetməsi seçilib. Testlər göstərib ki, onun IQ nəticəsi Enşteyn və Stiven Houkinqdən yüksəkdir.

QafqazTürk.com xəbər verir ki,Mahnurun uğurunda genetik amil də rol oynayıb. Belə ki, onun bacısı Pakistanda keçirilən bütün riyaziyyat olimpiadalarının qalibi olub.

Mahnur hələ uşaq ikən artıq bir sıra onlayn imtahanlardan, testlərdən uğurla keçib. 11 yaşında o, Oksford İngilis dili lüğətini bütünlüklə əzbərləyıb.

Vunderkind uğurunu tərbiyəsindən əlavə, yuxu rejimi ilə də izah edir.

“Dərsdən sonra üç saat yatıram, çünki çox yorğun oluram və məhsuldar ola bilməyəcəyimi hiss edirəm. Sonra axşam 7-də oyanıram və gecə 2-də yatıram. Son bir saatımı pianoda ifa etməklə keçirirəm”, – deyə yeniyetmə bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Məhbusların qaçması ilə bağlı, cinayəti ört-basdır etməkdə şübhəli bilinən daha bir şəxs saxlanılıb
Öncəki yazı
Almaniyanın xarici işlər naziri Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırıb