Pakistanda terrorist özünü partladıb, ölən və yaralananlar var

56

Pakistanda terrorist özünü partladıb, 16 əsgər həlak olub.

Bu barədə France-Presse məlumat yayıb.

France-Presse-in məlumatına görə, insident Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində baş verib.

“Terrorist partlayıcılarla dolu avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 16 əsgər həlak olub, 20-dən çox adam yaralanıb”, – yerli hökumət rəsmisi bildirib.

Polis partlayışın iki evin damının uçmasına, 6 uşağın yaralanmasına səbəb olduğunu bildirib.

Hücuma görə məsuliyyəti Pakistan Talibanı “Təhrik-e Taliban” öz üzərinə götürüb.

Kateqoriya: Dünya
Öncəki yazı
Yəməndən İsrail ərazisinə ballistik raket buraxılıb