CNN Pakistan hökumətinə istinadən xəbər verir ki, Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
“Bunyanun Marsoos (“Keçilməz Divar”) əməliyyatı başladı”, – Pakistan hökuməti X-də yazıb.
Pakistan silahlı qüvvələrinin məlumatına görə, ordu “Hindistanın son təcavüzünə” cavab verib.
Hərbi əməliyyat başlamazdan əvvəl Pakistan Hindistanın ölkənin hərbi hava bazalarına hücum etdiyini iddia edib.
Pakistan ordusu keçilməz divar əməliyyatı çərçivəsində Hindistanın Pathankot aviabazasına və Udhampur aviabazasına zərbələr endirib.
Pakistan ordusu həmçinin Hindistanın hərbi hava qüvvələrinin bazalarını bombalayıb, buradan Hindistanın Pakistan ərazisinə raket zərbələri endirdiyini də qeyd edib.