4 oktyabr mitinqinin təşkilatçılarından biri olan və haqqında həbs qətimkan çıxarılan Paata Manjqaladze məhkəmə iclasında bildirib ki, onun və tərəfdarlarının yeganə məqsədi ölkədə dinc dəyişikliklərə nail olmaq olub.
💬“Bizim məqsədimiz yalnız dinc dəyişiklik olub, bundan başqa niyyətimiz olmayıb. Bir stereotip var ki, guya siyasətçi gizlənir, kənara çəkilir — amma mən gizlənməmişəm, həmin insanların yanında olmuşam və Konstitusiya çərçivəsində fəaliyyət göstərmişəm. Bizi tanımayanlara deyirəm: orada heç kim vəzifə üçün çıxmamışdı. Əgər həqiqət bizim tərəfimizdədirsə, niyə bu hərəkatlar uğursuz olur? Siz elə bilirsiniz, biz anlamırdıq ki, bayraq tutan gənc oğlan və qızlar xüsusi təyinatlılarla bacara bilməyəcək? Biz təşkilatlanmış qrup deyildik. Paata sadəcə şəkil çəkdi, şəkil çəkən adamı necə təşkilatçı adlandırmaq olar? Tarix çox vaxt məğlub qəhrəmanlardan ibarətdir… Necə ki, 300 aragvel (döyüşçü) məğlub döyüşə girdi, biz də elə insanlarıq — xalq bizim həqiqət səsimizi eşitməlidir.
Ölkədə bir növ siyasi aparteid hökm sürür — “Gürcü Arzusu”nun hər şeyə haqqı var, başqalarının isə heç nəyə yoxdur. Bu nifrətə çevrilməməlidir. Niyə uduzuruq? Çünki qarşı tərəf qəddar və zorakı davranır. Bizim motivasiyamız odur ki, hakimiyyət xalqa — yəni ona aid olanlara qaytarılsın. Konstitusiya belə başlayır: ‘Biz, Gürcüstan vətəndaşları…’
Mən ittihamları qəbul etmirəm. Əsas iclasda siz hər şeyi görəcəksiniz. Həmişə demişəm ki, aksiyanı dəstəkləyirəm, amma təşkilatçısı deyiləm. Mən məsuliyyətdən qaçmıram, amma zorakı, qaçan, xalqı tək qoyan adam deyiləm — bunu təkrarlamaq təhqir olardı,” — deyə Paata Manjqaladze məhkəmə iclasında bildirib.