This is a specific ad

Ozurqeti bələdiyyəsində baş verən fəlakətlə bağlı yerli rəsmilər mövcud vəziyyətlə bağlı açıqlama verdilər

53

Another advertisement

Bölgəyə yağan bol yağış Lançxuti və Ozurqeti bələdiyyələrində problemlər yaradıb.

Qafqaztürk.com xəbər verir ki, bu barədə Quriya bölgəsi üzrə dövlət nümayəndəsi Giorgi Uruşadze məlumat verib.

Onun sözlərinə görə, fəlakət zonasında 3 nəfər itkin düşüb, onlardan ikisi Ozurqetidə, biri isə Lançxuti bələdiyyəsində axtarılır.

Dövlət nümayəndəsinin sözlərinə görə, bütün müvafiq xidmətlər, müvafiq texnika səfərbər edilib və yolların təmizlənməsi, xilasetmə və axtarış işləri fəal şəkildə davam etdirilir.

Ozurqeti bələdiyyəsinin meri Avtandil Talakvadzenin sözlərinə görə, Quriyada leysan yağışları nəticəsində yaşayış evlərini su basıb, ağaclar qırılıb, torpaq dağılıb.

Lançxuti bələdiyyəsinin meri Aleksandre Sarişvilinin sözlərinə görə, hazırda onun bələdiyyəsində bir yeniyetmə axtarılır. Sürüşmə nəticəsində evə ziyan dəyib və sakinlər evləri tərk edib. Yollar bərbad vəziyyətdədir, körpülər faktiki olaraq qırılıb, dəniz artıq çayı qəbul etmir, vəziyyət çox pisdir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
ოზურგეთის მუნიციპალიტეტში მომხდარ სტიქიასთან დაკავშირებით ადგილობრივმა წარმომადგენლებმა შექმნილ ვითარებაზე განცხადება გააკეთეს
Öncəki yazı
ირაკლი ღარიბაშვილმა ჯოზეფ ბორელს ვახშამზე უმასპინძლა