Gürcüstanın ali təhsil sektoruna universitetlər, hazırlıq universitetləri və kolleclərdən ibarət ümumilikdə 63 ali təhsil müəssisəsi daxildir.
QafqazTürk.com xəbər verir ki, bu barədə “TBC Capital”ın araşdırmasında deyilir.
Məlumata görə, Tbilisi bu sahədə dominant mövqeyə malikdir və ölkənin bütün ali təhsil müəssisələrinin 70%-i paytaxtda yerləşir.
Bununla yanaşı, Gürcüstanda dövlət universitetlərinin həm bakalavr, həm də magistratura proqramları tam dövlət qrantını əks etdirən təxminən 2 min 250 lari dəyərində sabit qiymətə malikdir.
Digər tərəfdən, özəl universitetlərdə təhsilhaqları artır.
Belə ki, bakalavr pilləsinin orta qiyməti ötən tədris ili ilə müqayisədə 13% artaraq 4 min 482 lari, magistratura pilləsi üzrə ödəniş isə əvvəlki tədris ili ilə müqayisədə 18% artaraq 4 min 368 lari təşkil edib.