• 20 Fevral 2025 01:29

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Özbəkistanda yenilənmiş Konstitusiya qüvvəyə minib – Maraqlı detallar

ByNiyazi Yusubov

May 2, 2023
Another advertisement

Özbəkistanda yenilənmiş Konstitusiya mayın 1-dən qüvvəyə minib.

QafqazTürk.com xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Ali qanun aprelin 30-da keçirilən referendumda təsdiq edilib.

Qəbul edilmiş düzəlişlərə əsasən, hazırkı Prezident Şavkat Mirziyoyevin seçki müddəti sıfırlanacaq. Həmçinin, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılacaq.

Bundan əlavə, dəyişikliklər Özbəkistanın sosial dövlət elan edilməsini və ölüm hökmünün ləğvini nəzərdə tutur.

Qeyd edək ki, ümumilikdə, konstitusiyanın 65%-i yenilənib.