Another advertisement
Özbəkistanda yenilənmiş Konstitusiya mayın 1-dən qüvvəyə minib.
QafqazTürk.com xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Ali qanun aprelin 30-da keçirilən referendumda təsdiq edilib.
Qəbul edilmiş düzəlişlərə əsasən, hazırkı Prezident Şavkat Mirziyoyevin seçki müddəti sıfırlanacaq. Həmçinin, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılacaq.
Bundan əlavə, dəyişikliklər Özbəkistanın sosial dövlət elan edilməsini və ölüm hökmünün ləğvini nəzərdə tutur.
Qeyd edək ki, ümumilikdə, konstitusiyanın 65%-i yenilənib.