• 08 Dekabr 2023 13:33

Özbəkistan parlamenti Azərbaycanla hərbi əməkdaşlığa dair razılaşmanı təsdiqləyib

Avatar photo

ByHacı Xəlilzadə

Apr 6, 2023

Özbəkistan Ali Məclisinin senatorları 39-cu plenar iclasda Azərbaycan hökuməti ilə hərbi və hərbi-texniki əməkdaşlıq haqqında Sazişin təsdiq olunması barədə qanunu qəbul ediblər.

QafqazTürk Trend-ə istinadən xəbər verir ki, iclasda senatorlar “Özbəkistan Respublikası Hökuməti və Azərbaycan Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə” (Daşkənd, 21 iyun 2022-ci il) və “Özbəkistan Respublikası hökuməti və Azərbaycan Respublikası hökuməti arasında hərbi-texniki sahədə əməkdaşlığa dair Sazişin təsdiqlənməsi barədə” (Daşkənd, 21 iyun 2022-ci il) qanunları təsdiqləyiblər.

Xatırladaq ki, bu sazişlər Azərbaycan və Özbəkistan hökumətləri arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2022-ci il tarixində Özbəkistana səfəri zamanı imzalanıb.

Qeyd edək ki, Özbəkistan parlamentinin 39-cu plenar iclası 6-7 aprel 2023-cü il tarixlərində keçirilir.

5360cookie-checkÖzbəkistan parlamenti Azərbaycanla hərbi əməkdaşlığa dair razılaşmanı təsdiqləyib

Bir cavab yazın