This is a specific ad

Ov tüfəngi ilə atasını başından güllələyərək öldürməkdə təqsirli bilinən şəxsə hökm oxundu

53

Another advertisement

Prokurorluq bir nəfəri köməksiz vəziyyətdə olan ailə üzvünə qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham edib.QafqazTürk.com xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, sentyabrın 26-da Qori bələdiyyəsinin Kordi kəndində təqsirləndirilən şəxs qisas məqsədilə atasının başına ov tüfəngi ilə atəş açıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə həyatını itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi sentyabrın 28-də saxlayıblar.

Ailə üzvünün qəsdən öldürülməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 Prima 109-cu maddəsi ilə aparılır. Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır”, – deyə məlumatda qeyd olunub.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Gürcüstanın ümumi xarici borcu 24,2 milyardı keçib
Öncəki yazı
Saqarecoda azyaşlı qız qaçırılıb