Dünən parlamentin yaxınlığında keçirilən aksiya nəticəsində zərər çəkmiş 15 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.