This is a specific ad

Ötən gecə polis etiraz aksiyasının bir neçə iştirakçısını saxlayıb

49

Another advertisement

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiyanın bir neçə iştirakçısı cümə günü gecə Tbilisidəki Çavçavadze prospektində polis əməkdaşları tərəfindən saxlanılıb.

QafqazTürk.com xəbər verir ki,saxlanılmalar polislərin prospektin hərəkət hissəsini azad etməsi tələbindən sonra başlayıb.

Bundan əvvəl etiraz aksiyasının iki yüzə yaxın iştirakçısı qanunsuz odlu silah saxlamaqda ittiham olunan müxalif bloqer Uçi Abaşidzenin evində toplaşıb. Müxalifət nümayəndələri jurnalistlərə bildiriblər ki, bloqerin evinə silah atan polislər olub.

Son iki gündə naməlum şəxslər bir sıra müxalifətçilərə hücum edib. Yaralanan etirazçılar ağır xəsarətlərlə tibb müəssisələrinə aparılıb.

Polis hücumlarla bağlı araşdırma aparmağa başlayıb.

Kateqoriya: Cinayət
Sonrakı yazı
ABŞ Gürcüstanı “Xarici təsir” qanununa etiraz edənlərə fiziki hücumlarla bağlı araşdırma aparmağa çağırıb
Öncəki yazı
Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək