This is a specific ad

Ötən ay 33 xarici vətəndaş ölkədən çıxarılıb

296

Another advertisement

Ötən ay Gürcüstanın “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən müxtəlif ölkələrin 33 vətəndaşını ölkədən çıxarılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Miqrasiya idarəsi məlumat yayıb.

Bildirilir ki,  xarici ölkə vətəndaşlarının bir qismi Gürcüstanı könüllü tərk edib, bir qismi isə Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan Qanunu əsasında – İran İslam Respublikası, İordaniya Haşimilər Krallığı, Hindistan Respublikası, Türkiyə Respublikası, Misir Ərəb Respublikası, Azərbaycan Respublikası, Avstraliya, Pakistan İslam Respublikası, Nigeriya Federativ Respublikası, Çin Xalq Respublikası, İraq Respublikası və Rusiya Federasiyası vətəndaşı olmaqla,  ümumilikdə 33 nəfər ölkədən çıxarılıb”.

Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də Gürcüstanda hüquqi əsası olmadan yaşayan vətəndaşları aşkar edib, ölkədən kənarlaşdırmaqdır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda yeni qanun qüvvəyə minəcək
Öncəki yazı
Bu il ənənəvi ,,Tbilisoba” festivalında bizi nə gözləyir?