Ötən gün “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə keçirilən mitinq insidentsiz başa çatıb

0

Ötən gün   vətəndaş cəmiyyəti təşkilatları hakim partiyanın təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhinə genişmiqyaslı mitinq keçirib.

QafqazTürk.com xəbər verir ki, əllərində Avropa İttifaqı və Gürcüstan bayrağını tutan on minlərlə etirazçı şəhərin müxtəlif nöqtələrindən Avropa meydanına yürüş ediblər.

Yürüş səbəbilə şəhərin mərkəzi hissəsi də daxil olmaqla bir sıra küçə və prospektlərdə, Kür çayının sağ və sol sahilində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ictimai nəqliyyatın işində ciddi fasilələr yaranıb.

Avropa meydanına toplanan aksiyaçılar “Avropaya hə, Rusiya qanununa yox”, “Güc birlikdədir, Güc Avropadadır” kimi müxtəlif şüarlar yazılmış bannerlər tutublar.

Əraziyə quraşdırılmış səhnədə çıxışlarla yanaşı konsert də təşkil edilib.

Təşkilatçılar mayın 13-də deputatların parlamentə daxil olmasına və Hüquqi Məsələlər Komitəsində qanun layihəsinin üçüncü oxunuşda müzakirə edilməsinə imkanı verməmək üçün sabah parlamentin qarşısına gəlmək və gecə boyunca ərazidə qalmaqla bağlı çağırış ediblər.

Qeyd edək ki, dünənki  mitinq saat 23:00 radələrində insidentsiz başa çatıb.

Etirazçıların bir hissəsi parlament binasının qarşısına gələrək Rustaveli prospektində nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
“Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
Öncəki yazı
Bolnisi bələdiyyəsinin Xidiskuri kəndində faşizm üzərində Qələbə günü münasibətilə tədbir keçirilib