This is a specific ad

Öskürəyi kəsir, soyuqdəymənin qarşısını alır

17

Another advertisement

Öskürək ilin bütün fəsillərində, əsasən də soyuq aylarda kiçikdən-böyüyə hər kəsin əziyyət çəkdiyi sağlamlıq problemlərindəndir. Belə ki, hər birimiz öskürəklə mübarizədə müxtəlif vasitələrə əl atırıq. Xalq təbabətində də ev şəraitində öskürəkdən xilas edən bir çox reseptlər mövcuddur.

QafqazTürk.com saglamolun.az-a istinadən həmin qarışımlardan bəzilərini və hazırlanma qaydasını təqdim edir:

Öskürək üçün balzam:
500 q xırdalanmış qoz ləpəsi, 300 q bal, 100 q aloe şirəsini qarışdırın, 4 limonun suyunu əlavə edin. Yaxşı qarışdırın. Uşaqlar üçün 1 çay qaşığı, böyüklər üçün isə 1 xörək qaşığı qəbul edin.
Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etmək məsləhətdir. Öskürək bronxit və. s problemlər üçün effekti gözəldir.

Viburnum ilə çay:
Şəkər ilə viburnum üzərinə qaynar su tökün. Və şəfalı çay hazırdır.
Bu canlandırıcı içki soyuqdəymə, öskürək və səs tutulmasına kömək edəcək.

Quru öskürək üçün:
Zövqə görə 1/4 fincan kərə yağı, yumurta sarısı və şəkəri qarışdırın.
Qarışığı gündə 2 dəfə, 2 çay qaşığı qəbul edin. Bu quru öskürəyin aradan qalxmasına kömək edəcək.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
20 il Heydər Əliyevsiz və daim Heydər Əliyevlə!
Öncəki yazı
15 dekabradək gözlənilən hava şəraiti – PROQNOZ