This is a specific ad

Orucluqdan sonrakı qidalanma QAYDALARI

60

Another advertisement

Ramazan ayının bitməsi həm də oruc tutanların normal qidalanma rejiminə keçməsi deməkdir. Bir ay ərzində gündə iki dəfə qidalanmaq bağırsaq və həzm sistemində dəyişikliklərə və maddələr mübadiləsinin sürətinin azalmasına gətirib çıxarır. Lakin diyetoloqlar birdən-birə normal rejimə qayıtmağın da düzgün olmadığını deyirlər.

QafqazTürk.com xəbər verir ki, Ramazan bayramından sonra mütləq bir sıra qaydalara əməl edilməlidir. İlk növbədə səhər yeməklərinə diqqət yetirilməlidir. Çox xəfif yeməklər- süd məhsulları, yulaf, sıyıq və digər yeməklərdən istifadə edilməli, bol su içilməlidir. Bəzi qidalardan, xəmir yeməklərindən və ağır şirniyyatlardan çəkinmək lazımdır. Digər bir qayda isə mümkün olduğu qədər fiziki hərəkətlər etməkdən ibarətdir.

Bayramda yağlı qidalar və kabab növlərini yeyənləri isə ciddi çəki artımı və həzm problemi gözləyir. Bunun qarşısını almaq üçün ət yeməklərini minimuma endirmək, meyvə-tərəvəzlərə və salata daha çox yer verilməlidir. Şirniyyatı isə qida rasionundan ya çıxarmaq, ya da miqdarını azaltmaq lazımdır.

Oruc tutmaq sadəcə qida rejimində deyil, həm də yuxu sistemində dəyişikliklərə səbəb olur: Birdən-birə çox yemək və yaxud ağır yemək mədə-bağırsaq sisteminə çox böyük ziyan vurur. Ramazandan sonrakı ilk günlərdə az-az porsiyalarla və tez-tez yeməyə başlamaq, xüsusilə də yuxu rejiminə fikir vermək lazımdır. Ramazan ayından sonra ən azı sutkada 7 saat yatmaq da mühüm məsələlərdən biridir.

Həmçinin Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq, bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətə gətirmək üçün çox vacibdir. Bu, həzm prosesini yaxşılaşdırır, kökəlmə riskini azaldır, həm də yuxu rejimini qaydaya salır.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Telefonlar niyə sönür? – 3 SƏBƏB
Öncəki yazı
Diş ağrısını ən tez kəsməyin YOLLARI