Another advertisement
Batumidə, Qorodok məhəlləsində orta yaşlı kişi meyiti tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Mövcud məlumata görə, meyitdə xəsarətlər var və o, məhkəmə-tibb idarəsinə təhvil verilib.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, insident Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin 108-ci maddəsi ilə araşdırılır.