Orta yaşlı kişi Alazani çayında boğulub. Hadisə dünən günorta saatlarında Gurcaani bələdiyyəsinin Kardenax kəndində baş verib.
Yerli sakinlərin sözlərinə görə, kişi dostları ilə çayın yaxınlığında olub, suya girib və çox güman ki, onu axın aparıb.
Hadisə yerinə polis və xilasetmə qrupları cəlb olunub, cəsəd Gurcaanidəki Samxarauli Milli Məhkəmə Ekspertizası Bürosuna aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.