This is a specific ad

Orbeliani Sarayının tarixi – tənha şairin iqamətgahından prezident administrasiyasına qədər (foto)

295

Another advertisement

Bu gün Gürcüstan Prezidentinin administrasiyasının yerləşdiyi Atoneli №25-də yerləşən tarixi bina yəni Orbelianilərin tarixi binasının artıq fiziki olaraq mövcud olmamasına baxmayaraq, Tbilisililər tərəfindən hələ də Orbeliani Sarayı adlandırılır. ..

Bu iqamətgahın adı Orbelianilər sarayıdır. Müxtəlif mənbələrə görə, bu sarayı II Teymuraz kürəkəni Dimitri Orbelianiyə  hədiyyə edib. Bu ev o dövrün aristokratiyasının görüş yeri, həmçinin Gürcüstanın o dövrün bütün görkəmli xadimlərinin ziyarət etdiyi yer olub. Binanın zirzəmisi kommersiya məqsədli, birinci mərtəbəsi qonaqların qəbulu üçün, sonuncu mərtəbəsi isə ailə yataq otaqları və iş otağı ilə təchiz olunub.

Orbelianilər Gürcüstanda müəyyən statusa malik olan zadəgan şahzadələr idi…

Saray haqqında çox şey bilməsəkdə.  sarayın şəhərətrafı ərazidə (Vaxuşti Batonişvilinin XVIII əsrdə Tbilisi xəritəsinə əsasən) yerləşdiyi və sarayın sonuncu sakinlərindən birinin şair tənha Qriqol Orbeliani olduğunu bilirik. Ölüm Orbeliani ailəsi ilə Gürcüstanın kral ailəsi ilə ailə əlaqəsinə son qoydu.

19-cu əsrin sonlarında  saray bərbad-dağıdılmış vəziyyətdə idi, 1880-ci illərdə isə onun yerində indiki saray tikilmişdir, onu Qriqol Orbelianinin qardaşı oğlu Qiorqi İlia oğlu Cambakur-Orbeliyaninin özü tikdirmişdir. Bu evin çertyojları Gürcüstanın Milli Tarix Arxivində saxlanılırdı, burada da bu sarayın yaxınlığında Orbeliani ailəsinin yaşayış evlərinin layihələri qorunurdu. Gürcüstan Respublikası Sovet İttifaqı tərəfindən işğal edildikdən sonra saray Orbeliani ailəsindən müsadirə edilmiş və orada Sovet İttifaqının dağılmasına qədər mövcud olmuş Gürcüstan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti (GODIKS) fəaliyyət göstərmişdir. 90-cı illərdə binada ABŞ səfirliyi yerləşirdi. Sonra o, Amerika Beynəlxalq İnkişaf Agentliyinin, USAID-in ofisinə köçdü.

2018-ci ildən Gürcüstan prezidentinin administrasiyası təmir edilmiş Orbeliyani sarayında yerləşir. Saray Gürcüstan prezidentinin iş qrafikini nəzərə alaraq vaxtaşırı ziyarətçilərin üzünə açıqdır.

Sonrakı yazı
მარნეულის მუნიციპალიტეტში მცხოვრები ქალებისთვის უფასო სკრინინგი გაიმართება
Öncəki yazı
მოვუწოდებთ საქართველოს მთავრობას, არ გაჰყვეს ბელარუსის გზას – უკრაინის საგარეო საქმეთა სამინისტრო