Orbeliani sarayında prezident Salome Zurabişvili ilə veteranlar arasında görüş başa çatıb.
Ölkədəki siyasi vəziyyət prezidentlə hərbi və güc sistemlərinin veteranları arasında müzakirə olunan mövzu olub.
Veteranların görüşdən sonra elan etdiklərinə əsasən, onlar Salome Zurabişviliyə ictimai forum yaratmağı, burada ictimai qrupların nümayəndələrinin iştirak edəcəyi, ölkənin inkişafı və böhrandan çıxması üçün düzgün qərarlar qəbul etməyi təklif ediblər.
Onların sözlərinə görə, prezidentlə görüş məhsuldar olub, hələlik forumla bağlı konkret qərarlar qəbul olunmayıb. Onlar Salome Zurabişvili ilə bu və digər məsələlərlə bağlı məsləhətləşmələrin davam etdiriləcəyini bildirirlər.
Veteranların fikrincə, ölkə hüquqi və siyasi böhran içərisindədir və forum cəmiyyətin birləşməsinə və səfərbərliyinə töhfə verəcək ki, bu da hakimiyyətə qarşı siyasi hücum addımları üçün mühüm əhəmiyyət kəsb edəcək.