OPEC+ neft hasilatını azaldır – neft bahalaşır

0

Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) digər üzvləri ilə birlikdə xam neft hasilatını azaldacığını bildirib.

QafqazTürk xəbər verir ki, beləliklə, Səudiyyə Ərəbistanı gündəlik hasilatı 500 min barel, İraq isə 211 min barel azaltmağı planlaşdırır.

Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Əlcəzair və Oman da neft hasilatını azaldır.
Bu ölkələrin bəyanatından bir neçə dəqiqə sonra məlum olub ki, Rusiya ilin sonuna qədər neft hasilatını 500 min barel məhdudlaşdırmaqda davam edir.
Xəbərin ardınca neftin qiymətində artım oldu. Asiyada Brend markalı neftin qiyməti bu gün 5% , yəni 4 dollar artaraq 84 dolları keçib.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Müəllimlərin nəzərinə! – ƏTRAFLI
Öncəki yazı
Bu tarixlərdə məktəblər tətil ediləcək – ƏTRAFLI