Onlar qladiatorlar kimi döyüşəcəklər

13

Əvvəllər Twitter kimi tanınan X şirkətinin rəhbəri İlon Mask və META-nın sahibi Mark Zukerberq arasında uzun müddətdir müzakirə edilən qəfəs davası gerçəyə çevrilir.

QafqazTürk.com xəbər verir ki, Zukerberqlə edəcəyi qəfəs döyüşünün Qədim Romadakı qladiator döyüşləri kimi olacağını ifadə edən Musk, lazım olan imkanları təmin etmək üçün İtaliyanın baş naziri Giorgia Meloni və mədəniyyət naziri Gennaro Sangiuliano ilə danışdığını bildirib.

Beləliklə, avqustun 26-da keçirilməsi planlaşdırılan və X-dən canlı yayımlanacaq döyüşün İtaliyada baş tutacağı bəlli olub. İtaliyanın mədəniyyət naziri Sangiuliano tədbirin Romada keçirilməyəcəyini və onun necə təşkili ilə bağlı müzakirələrin davam etdiyini qeyd edib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azərbaycanlı rəssam qaya daşlarını rəsmə çevirir
Öncəki yazı
Məşhur yazıçının qızı Yazıçılar Evinə rəhbər təyin edildi