This is a specific ad

Onkoloji xəstəliyi olan uşaqların valideynlərinin NƏZƏRİNƏ! – QEYDİYYAT BAŞLADI

41

Another advertisement

Onkoloji diaqnoz qoyulan uşaqların xarici ölkələrin aparıcı klinikalarında dövlət vəsaiti hesabına müalicəsi üçün müraciətlərin qəbuluna başlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, proqramın tərəfdaş klinikaları bunlardır:
Türkiyənin “Anadolu Tibb Mərkəzi”, İspaniyanın “Chiron Salud Tibb Mərkəzi” və İsrailin “İxilov Tibb Mərkəzi”.

Paketə diaqnostika və standart müalicə kursu daxildir: kimyaterapiya, şüa terapiyası, cərrahiyyə. Həmçinin – xəstənin ehtiyaclarından asılı olaraq proton terapiyası.

“Proqramın benefisiarı onkoloji diaqnozu (Xəstəliklərin Beynəlxalq Təsnifatı (ICD) kodu ilə) olan 18 yaşına çatmamış şəxs ola bilər. Proqramda iştirak etmək üçün valideyn və ya ailə nümayəndəsi Səhiyyə Nazirliyinin qəbul şöbəsinə müraciət etməlidir. Bunun üçün ərizə formasını doldurmalı (ərizəçi formanı doldurmaq və imzalamaq üçün Səhiyyə Nazirliyində alacaq); Benefisiarın və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə/pasport); Benefisiarın sağlamlıq haqqında arayışı – müvafiq ICD-10 və/və ya NCSP kodları göstərilməklə N IV-100/a forması (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş); Mövcud diaqnostik tədqiqatların cavabları (morfologiya, CT və s.) (ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş),

Xəstələr fərdi ehtiyaclarına, klinikanın imkanlarına və xəstənin ailəsinin seçiminə əsasən klinikalara təyin olunacaqlar. Proqram haqqında ətraflı məlumatı Səhiyyə Nazirliyinin 1505 qaynar xətti ilə əldə etmək olar.

Xaricdə müalicə proqramı Gürcüstanda müasir standartlara, yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş Uşaq Onkologiya Dövlət Mərkəzinin açılışına qədər keçid mərhələsidir və burada bir məkanda bütün tibbi xidmətlər göstəriləcəkdir. Bu istiqamətdə Səhiyyə Nazirliyi fəal işləyir”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
TOGG-un sedan modeli təqdim ediləcək
Öncəki yazı
Qori-Tbilisi magistralında qəza baş verib