This is a specific ad

Onkoloji xəstəlikləri olan uşaqların xaricdə müalicəsi proqramının tərəfdaş klinikaları ilə müqaviləsi imzalanıb

35

Another advertisement

18 yaşadək onkoloji diaqnozu qoyulmuş uşaq və yeniyetmələrin xaricdə müalicəsi proqramının tərəfdaş klinikaları ilə müqaviləsi imzalanıb.

Qarşılıqlı əməkdaşlıq sənədini “Gürcüstan Həmrəylik Fondunun” rəhbəri Yekaterine Festvenidze, Türkiyənin “Anadolu Tibb Mərkəzi”, İspaniyanın “Chiron Salud Proton Terapiya Mərkəzi”, “Tel-Əviv Souraski (İxilov) Tibb Mərkəzi”nin rəhbərləri imzalayıblar.

Tədbir çərçivəsində Ekaterine Festvenidze, həmçinin onkoloji diaqnozu qoyulmuş uşaqların xaricdə müalicəsi proqramının təqdimatını keçirib və proqramın hər bir benefisiar üçün yaratdığı imkanlardan danışıb.

QafqazTürk.com xəbər verir ki, Ekaterine Festvenidzenin sözlərinə görə, proqram artıq bir həftədir ki, başlayıb.

“Proqrama diaqnostika və standart müalicə kursu daxildir: kimyaterapiya, şüa terapiyası, cərrahi müdaxilə. Həmçinin – xəstənin ehtiyaclarından asılı olaraq proton terapiyası. Partnyor klinikalar arasında xəstələrin fərdi ehtiyacları, klinikanın imkanları və xəstənin ailəsinin seçimi nəzərə alınmaqla ayrılacaq.

Proqram Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilir və onun illik büdcəsi təxminən 30 milyon lari təşkil edir. Proqramı “Gürcüstan Həmrəylik Fondu” həyata keçirir.

Xaricdə müalicə proqramı 2022-ci ilin dekabrında Səhiyyə naziri Zurab Azaraşvili tərəfindən elan edilən Gürcüstanda müasir standartlara və yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş Uşaq Onkoloji Dövlət Mərkəzinin açılışına qədər keçid mərhələsidir. Mərkəzdə bir məkanda bütün tibbi xidmətlər göstəriləcək. Bu istiqamətdə Səhiyyə Nazirliyi fəal işləyir”, – məlumatda deyilir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
UEFA-dan futbolla bağlı yeni qərar
Öncəki yazı
İlin birinci yarısında Gürcüstan iqtisadiyyatı – STATİSTİKA