Another advertisement
Omanın paytaxtı Maskatda məscid yaxınlığında atəş açılması nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
QafqazTürk.com xəbər verir ki, Oman polisinin bəyanatında insidentlə bağlı geniş təfərrüat verilməyib ancaq avtomatik tüfənglə atəş açıldığı bildirilir.
Polis araşdırmalarını davam etdirir.
Qeyd edək ki, Oman Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənlə həmsərhəddir. Əksəriyyəti müsəlman olan ölkədə belə hücumlar nadir hallarda baş verir.