This is a specific ad

Ölümündən də istifadə edər, insanoğlu…

250

Another advertisement

Elə bilirsən ölüb getdikdən sonra hər şey bitir?

Xeyr, insanoğlu cəsədindən belə öz xeyrinə istifadə edə bilir.

İsrail HƏMAS qruplaşmasının lideri Yəhya Sinvarın cəsədindən Qəzza zolağında saxlanılan İsrail girovlarının azad edilməsi ilə bağlı danışıqlarda “mübadilə vasitəsi” kimi istifadə edə bilər.

QafqazTürk Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Girovların qaytarılması HƏMAS üçün hərəkat liderinin cəsədini geri almağın yeganə yolu ola bilər.

Müxtəlif mənbələrin verdiyi məlumata görə, Yəhya Sinvarın meyitindən necə istifadə edilməsi məsələsinin həllində əsirlərin azad edilməsi İsrail hakimiyyəti üçün prioritet ola bilər.

“İndi ölkədə HƏMAS-ı girovları buraxmağa məcbur etmək üçün necə təzyiq göstərməyi düşünürlər. Əgər HƏMAS onun qalıqlarını israillilərlə, diri və ya ölü, dəyişmək istəyirsə, onda yaxşıdır”, – CNN-ə diplomatik mənbədən bildirilib.

Eyni zamanda, o qeyd edilib ki, cəsədin hər hansı şəraitdə qaytarılması HƏMAS-ın qalan üzvlərinin birləşməsinə səbəb ola bilər.

Xatırladaq  ki, İsrail oktyabrın 17-də Yəhya Sinvarın məhv edildiyini elan edib, ertəsi gün HƏMAS öz liderinin ölümünü təsdiqləyib.

Sonrakı yazı
Lavrov Cənubi Qafqaz regionunun təhlükəsizliyinə təhdidlərin olduğunu bildirib
Öncəki yazı
Paşinyan sahibsiz itlərin hücumuna məruz qaldı