Kutaisidə qəza nəticəsində motosiklet sürücüsü dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı yerli nəşr “Info Imereti” yayıb.
Nəşrin məlumatına görə, hadisə Kutaisi çıxışında, Samtredia yolunda baş verib. Hadisə yerinə təcili tibbi yardım qrupu və polis cəlb olunub.