Dünən gecə saatlarında Kobuleti-Batumi dolama yolunda baş verən qəza nəticəsində bir gənc dünyasını dəyişib.
Minik avtomobili ilə “Mercedes” markalı yük maşını toqquşub.
Yerli KİV-in məlumatına görə, hadisə yerinə gələn xilasetmə qrupu minik avtomobilinin sürücüsünü ölü tapıb, iki nəfər isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.