Xulo bələdiyyəsinin Zortiqel dağında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində orta yaşlı qadın həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Yerli sakinlərin verdikləri məlumata görə, yaralanan kişi xəstəxanaya aparılıb. Hadisə zamanı ər-arvad yük avtomobili ilə hərəkətdə olub. Qəza zamanı avtomobil yoldan çıxaraq aşıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı bəndi ilə istintaq aparılır.