Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

180

Batumi-Kobuleti dolama yolunda qəza baş verib. Üç avtomobil bir-biri ilə toqquşub. Bu barədə yerli KİV məlumat yayıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb, yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin briqadaları səfərbər olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.

Kateqoriya: Cəmiyyət, Cinayət, Region
Sonrakı yazı
Marneulidə dəhşətli hadisə: Suvarma kanalında körpə meyiti tapılıb
Öncəki yazı
Yenilənmiş hava proqnozunu təqdim edirik