Qonioda baş verən avtomobil qəzasında 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım qrupu 3 nəfərin öldüyünü aşkarlayıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, BMW markalı avtomobil dayanmış avtomobilə çırpılıb.
Yaralılar BMC klinikasına yerləşdirilib.
Hadisə şadlıq evinin yaxınlığında baş verib.
Hadisə yerinə patrul, yanğın-xilasetmə və təcili yardım briqadaları səfərbər olunub.