Ölkədə xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

39

Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək”.

QafqazTürk.com xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili deyib.

Əgər bizə desələr ki, sabah biz Avropa İttifaqına üzv olacağıq, o zaman (xarici agentlər haqqında qanunu – red.) ləğv etmək, ona yenidən baxmaq və ya yenisini qəbul etmək çox asan olacaq”, – deyə Qaribaşvili jurnalistlərə müasihbəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstan 2023-cü ilin dekabrında Aİ-yə namizəd statusu alanda Avropa İttifaqı ilə münasibətlərdə müsbət mənada pik həddə çatıb. Bundan sonra Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar başlayıb, lakin respublikanın üzvlüyü ilə bağlı icma ölkələri arasında hələlik konsensus yoxdur.

40
4
Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstanın işlənmiş avtomobil bazarında böhran yaşanır
Öncəki yazı
ოკუპანტები ახალ “სასაზღვრო კონსტრუქციებს” აგებენ