This is a specific ad

Ölkədə ən çox bahalaşan xidmətlər – STATİSTİKA

48

Another advertisement

Bu ilin noyabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə elektrik ustasının xidmətləri bahalaşıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidməti məlumat yayıb.

Məlumata əsasən, sözügedən fəaliyyətin maaşı 47% artıb.

Eyni statistikaya görə, növbəti yerləri bank xidmətləri tutur – 26,2% qiymət artımı və 18% artımla rəngləmə fəaliyyəti.

“Business Press News” ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin noyabrında bahalaşan fəaliyyətlərin siyahısını təqdim edirik:

  • Elektrik xidmətləri – 47%
  • Bank xidmətləri – 26,2%
  • Rəsm xidmətləri -18%
  • Santexnika xidmətləri – 14,5%
  • Qadın saçı xidmətləri – 9,9%
  • Stomatoloq xidmətləri (diş taxılması) – 9,2%
  • Kişi saç düzümü – 9,1%
  • Uşaq baxıcılığı xidmətləri – 8,9%
  • Stomatoloq xidmətləri (diş çıxarılması) – 8,2%
  • Terapevt konsultasiyası – 8,1%
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Şalva Papuaşvili: “Azərbaycanda razılaşdığımız məsələlər ən qısa zamanda həyata keçiriləcək”
Öncəki yazı
Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü – FOTO/VİDEO