Gürcüstanın hansı istiqamətdə getdiyinə dair sorğu aparılıb.
QafqazTürk.com xəbər verir ki, sorğu “Milli Demokratiya İnstitutu” tərəfindən həyata keçirilib.
Sorğuya əsasən respodentlərin cavabı iki hissəyə ayrılıb.
Respondentlərin 27%-i Gürcüstanın düzgün istiqamətdə inkişaf etdiyini; 22%-i Gürcüstanın heç dəyişmədiyini, 35%-i Gürcüstanın yanlış istiqamətdə inkişaf etdiyini; 15%-i isə bilmədiyini deyib. Əhalinin 2%-i isə cavab verməkdən imtina edib.
Bundan əlavə, araşdırmada bildirilir ki, Tbilisi sakinləri və müxalifət tərəfdarları ölkənin istiqamətinə tənqidi yanaşırlar.
Məlumat üçün bildirək ki, sorğu 17-23 mart 2023-cü il tarixlərində telefon sorğusu üsulu ilə aparılıb. Tədqiqata 1032 tamamlanmış müsahibə daxildir (cavab nisbəti 14%). Orta xəta marjası +/- 2% təşkil edir.
MDI tədqiqatı Böyük Britaniya hökumətinin UK AID-in maddi yardımı ilə dəstəklənir. Araşdırma CRRC Georgia tərəfindən aparılıb.