Gürcüstanda sosial müavinət alanların sayı artıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Sosial Xidmət Agentliyi məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin avqust ayına olan statistikasına əsasən, ölkədə 680 833 nəfər maddi yardım alır (bu rəqəmə dövlət məşğulluq proqramında iştirak edən və nəticədə 4 il ərzində sosial yardımı olan 226 721 nəfər daxildir.) Bu rəqəm əvvəlki ilə nisbətən 4,6% artıb. Ötən ilin analoji dövründə bu rəqəm 650 475 nəfər (onlardan 195 985 nəfəri dövlət məşğulluq proqramında iştirak edir) təşkil edib.
Qeyd edək ki, yaşayış müavinəti alanların 266 196 nəfəri yetkinlik yaşına çatmayanlardır (66 721 nəfər 6 yaşa qədər, 199 475 nəfər isə 6-18 yaş arasındadır). Onlardan 82 196 nəfəri bir üzvünün dövlət məşğulluq proqramında iştirak etdiyi və nəticədə 4 ildir sosial yardımı olan ailədə yaşayır.