This is a specific ad

Ölkədə parlament seçkilərində neçə azərbaycanlı mübarizə aparacaq?

228

Another advertisement

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 13 nəfər azərbaycanlı namizəd mübarizə aparacaq.

QafqazTürk Media xəbər verir ki,  bu barədə  Mərkəzi Seçki Komissiyasının saytında bildirilib.

Məlumata əsasən, onlardan ikisi hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan”, bir nəfəri isə “Dəyişikliklər Uğrunda Koalisiya” partiyalarını təmsil edir.

Digər namizədlər isə “Vahid Milli Hərəkat” (2 nəfər), “Güclü Gürcüstan” (1 nəfər), “Vəhdət və İnkişaf” (4 nəfər) və “Bizim Birləşmiş Gürcüstan” (3 nəfər) partiyaları tərəfindən irəli sürülüb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Kəpəyin qarşısını təbii yolla almaq da olur – 6 sadə üsul
Öncəki yazı
Belə yemiş heç kim yeməmiş…