Ölkədə ilk dərinsulu limanın tikintisinə başlanılıb

15

Another advertisement

Anakliya şəhərində dərinsulu dəniz limanının tikintisinə başlanılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

“Bu gün ölkəmiz üçün çox böyük strateji əhəmiyyət kəsb edən layihənin – Anakliya dərinsulu limanının tikintisinin başlanmasını qeyd edirik. Limanın dəniz infrastrukturunun layihələndirilməsi və tikintisi üzrə tenderin qalibi olmuş Belçikanın “Jan De Nul” şirkəti, plana uyğun olaraq, artıq sentyabrın 16-da işə başlayıb. Bu liman ölkənin liman infrastrukturunun inkişafında, eləcə də infrastrukturun təkmilləşdirilməsində və Avropa və Asiyanın nəqliyyat sistemlərini birləşdirən Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayacaq”, – o, açılış mərasimindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin birinci mərhələsində tikinti və logistika işlərində 500-ə qədər insan işlə təmin olunacaq. Limanın ötürmə qabiliyyəti, Baş nazirin qeyd etdiyi kimi, layihənin birinci mərhələsinin həyata keçirilməsi ilə 600 min konteyner, təxmini investisiya dəyəri isə 600 milyon ABŞ dolları təşkil edəcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Turşuların orqanizmə zərərləri
Öncəki yazı
Moskvada Gürcüstan vətəndaşı saxlanılıb