Another advertisement
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti 9 ay ərzində vergi ödəyicilərinə artıq ödənilmiş ƏDV-ni 1,8 milyard lari (660 milyon dollar) məbləğində geri qaytarıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, ötən il bu göstərici 2,33 milyard, 2022-ci ildə 2,26 milyard lari, 2021-ci ildə 1,93 milyard və 2020-ci ildə isə 1 milyard olub.
Qeyd edək ki , 2020-ci ilin 17 noyabr tarixindən etibarən vergi ödəyiciləri ƏDV ödənişi zamanı yaranan artıq məbləği bu prosesi avtomatlaşdıran proqram vasitəsilə tamamilə geri ala bilərlər.